Home » Azərbaycanda məqsədli proqramlara büdcə ayırmaları azalır

Azərbaycanda məqsədli proqramlara büdcə ayırmaları azalır

by yunus
0 comments 0 views 1 minutes read

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi hesabına maliyyələşdiriləcək məqsədli proqramlar üçün 4 milyard 173,5 milyon manat vəsait ayrılması planlaşdırılır.

BBN.az xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinə verdiyi rəyində əksini tapıb.

Sənədə əsasən, bu göstərici 2025-ci illə müqayisədə 2 milyard 479,6 milyon manat azdır. Ayrılacaq vəsaitin ən böyük hissəsi — 3 milyard 500 milyon manat (83,9 faiz) — “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına yönəldiləcək. Ən kiçik məbləğ — 100 min manat isə “Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”na ayrılacaq.

Hesablama Palatasının rəyinə görə, dövlət büdcəsinin xərcləri ilə bağlı təqdim olunan əlavələrdə 3 milyard 554,4 milyon manatlıq proqram vəsaiti ayrıca sətirlə göstərilib (2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası üzrə tədbirlər istisna olmaqla). Qalan hissə isə icraçı qurumların saxlanma və digər xərc istiqamətləri hesabına maliyyələşdiriləcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.