2


01 oktyabr 2023-cü il tarixinə Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər açıqlanıb.
BBN.az -a Neft Fondundan verilən məlumata əsasən 01.01.2023-01.10.2023 tarixinə AÇG yatağından gəlirlər 5 234 mln. ABŞ dolları olub.
Müvafiq dövrdə Şahdəniz yatağından (qaz və kondensat daxil) gəlirlər isə 1 183 mln. ABŞ dolları olaraq qeydə alınıb. O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər eyni dövrdə 259,554 mln. ABŞ dolları olub.