0

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 0,7 milyard ABŞ dolları və ya 0,8% artaraq 85,8 milyard ABŞ dollarına çatıb.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, strateji valyuta ehtiyatları 40 aylıq idxalı maliyyələşdirməyə kifayət edir və geniş manat kütləsini (M2 aqreqatı) 3,4 dəfə üstələyir.
Mənbə: Report.az




