Home » Azərbaycan və Koreya dövlət maliyyəsinin rəqəmsallaşdırılması üzrə yeni memorandum imzalayıb

Azərbaycan və Koreya dövlət maliyyəsinin rəqəmsallaşdırılması üzrə yeni memorandum imzalayıb

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanın Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi ilə Koreya Fiskal İnformasiya Xidməti (KFIS) arasında dövlət maliyyəsinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

BBN.az xəbər verir ki, sənəd “Azərbaycanın rəqəmsal maliyyə nəzarəti və xəzinədarlıq sistemlərinin layihələndirilməsi və yol xəritəsinin hazırlanması” layihəsini əhatə edir.

Memorandum iyulun 28-də maliyyə nazirinin müavini Himalay Məmişovun KFIS nümayəndə iheyəti ilə keçirdiyi görüş çərçivəsində imzalanıb. Tərəflər görüş zamanı dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal transformasiya, Koreyanın bu sahədə topladığı təcrübənin öyrənilməsi və Azərbaycanın ehtiyaclarına uyğun müasir rəqəmsal həllərin hazırlanması məsələlərini müzakirə ediblər.

Məlumata görə, layihə çərçivəsində dövlət maliyyəsinin idarə olunmasında mövcud proseslər və informasiya sistemləri təhlil ediləcək, beynəlxalq təcrübə öyrəniləcək, rəqəmsal maliyyə nəzarəti və xəzinədarlıq sistemlərinin konseptual modeli hazırlanacaq.

Himalay Məmişov bildirib ki, dövlət maliyyəsinin rəqəmsallaşdırılması ölkədə həyata keçirilən institusional islahatların əsas istiqamətlərindən biridir. O, Koreya tərəfinin ekspert və konsaltinq dəstəyinin bilik və texnologiya transferi, institusional potensialın gücləndirilməsi və müasir dövlət maliyyəsi idarəetmə modelinin qurulması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd olunub ki, cari ilin aprel ayında Maliyyə Nazirliyinin nümayəndə heyəti Koreyada “dBrain+” dövlət maliyyəsi idarəetmə sistemi ilə tanış olub. Həmin əməkdaşlığın davamı olaraq Azərbaycanda vahid Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin yaradılması, maliyyə məlumatlarının mərkəzləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması istiqamətində birgə işlərin davam etdirilməsi planlaşdırılır.

Layihənin növbəti mərhələsində mövcud maliyyə idarəetmə sisteminin diaqnostikası, daxili maliyyə nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın təmin edilməsi, fiskal risklərin təhlili alətlərinin hazırlanması və rəqəmsal xəzinədarlıq sisteminin mərhələli tətbiqi üzrə yol xəritəsinin işlənməsi nəzərdə tutulur.

Tərəflər həmçinin süni intellekt əsaslı həllərin dövlət maliyyəsinin idarə edilməsində tətbiqi, məlumat əsaslı qərarvermə mexanizmlərinin inkişafı, büdcə proqnozlaşdırılması, fiskal risklərin erkən qiymətləndirilməsi, audit və nəzarət sistemlərinin təkmilləşdirilməsi, eləcə də maliyyə informasiya sistemlərinin kibertəhlükəsizliyinin gücləndirilməsini gələcək əməkdaşlığın prioritet istiqamətləri kimi müəyyən ediblər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.