0

Bu il aprelin 1-nə Azərbaycanın xarici dövlət borcunun 29,5 %-ni və ya 1 milyard 387,3 milyon ABŞ dollarını beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edib.
BBN.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, bu rəqəm ilin əvvəli ilə müqayisədə dəyişməyib.
Hesabat tarixinə xarici dövlət borcunun 70,4 %-ni və ya 3 302 milyon manatını isə kreditlər təşkil edib.




