Home » “Bakı Fond Birjası”nın Müşahidə Şurasının sədri Borsa İstanbulda işgüzar səfərdə olmuşdur

“Bakı Fond Birjası”nın Müşahidə Şurasının sədri Borsa İstanbulda işgüzar səfərdə olmuşdur

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Borsa İstanbulun dəvəti ilə “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri cənab Fərid Axundov 26-27 oktyabr 2023-cü il tarixlərində İstanbulda işgüzar səfərdə olmuşdur.

Səfər zamanı cənab Fərid Axundov Borsa İstanbul, MKK (Türkiye Sermaye Piyasaları – Merkezi Saklama ve Veri Depolama Kuruluşu) və Takas İstanbul (İstanbul Takas ve Saklama Bankası A.Ş.) ilə rəsmi görüşlər keçirmişdir. Görüş zamanı həm Borsa İstanbul, həm də digər qurumlarla “Bakı Fond Birjası” QSC arasında olan mövcud səmərəli əməkdaşlığın daha yüksək mərhələyə çatdırılması barədə ümumi razılıq əldə edilmişdir.

“Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri, cənab Axundov Borsa İstanbulun 150 illik yubileyinə həsr olunmuş, “Azərpoçt” MMC tərəfindən xüsusi buraxılışla çap edilmiş poçt markasını həmin qurumun rəhbərliyinə təqdim etmişdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.