Home » Bank of Baku-nun İdarə Heyətinə yeni təyinat olub

Bank of Baku-nun İdarə Heyətinə yeni təyinat olub

by Zeyneb
0 comments 2 views 1 minutes read

“Bank of Baku” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.

Rəşad Məlikov Rasim oğlu “Bank of Baku” ASC-nin İdarə Heyətinin üzvü, eləcə də İdarə heyəti sədrinin müavini və Baş maliyyə inzibatçısı təyin olunub.

Təhsil:

Rəşad Məlikov 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühəndis iqtisadiyyatı və idarəetmə üzrə bakalavr təhsili alıb. Daha sonra təhsilini sözügedən universitetdə 2009-2013-cü illərdə davam etdirərək MBA proqramı (Biznesin təşkili) üzrə magistr dərəcəsi alıb.

İş həyatı:

Rəşad Məlikov bank sektorunda peşəkar karyerasına 2011-ci ildə Bank of Baku-da başlayıb. Həmin ildən 2018-ci ilədək Aktiv/passivlərin idarə edilməsi və büdcə təşkili departamentində, Maliyyə departamentində fərqli vəzifələri icra edib.

2018-ci ildən etibarən Maliyyə departamentinin Proqnoz və büdcə şöbəsinin müdiri olaraq çalışıb. 2019-cu ildən isə bu vəzifə ilə yanaşı, baş mühasib vəzifəsini yerinə yetirib.

2022-ci ildən hazırkı təyinata qədər Bank of Baku-da Maliyyə departamentinin direktoru/Baş mühasib olaraq fəaliyyət göstərib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.