
Bazar kapitallaşması baxımından ən böyük iki kriptovalyuta olan “Bitcoin” və “Ethereum” ucuzlaşıb.
BBN.az xəbər verir ki, bu barədə Binance platformasının məlumatlarında bildirilib.
Belə ki, “Bitcoin” 2,57% azalaraq 62.977 dollara, “Ethereum” isə 2,77% azalaraq 1.707 dollara düşüb.
Coinglass-ın məlumatlarına görə, qlobal kripto birjaları son 24 saat ərzində 120.000-dən çox treyderin mövqelərini likvidasiya edib ki, bu da ümumi məbləği 468.23 milyon dollardır. Likvidasiyaların əksəriyyəti Bitcoin-də baş verib. Bu likvidasiyaların təxminən 376.75 milyon dolları uzun mövqelər, 91.43 milyon dolları isə qısa mövqelər üçün olub.




