Home » BOKT-lar üçün kibərtəhlükəsizlik seminarı keçirilib

BOKT-lar üçün kibərtəhlükəsizlik seminarı keçirilib

by anar
0 comments 1 views 1 minutes read

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) tərəfdaşlığı və AKTA üzvü olan “Code Academy”-nin təşkilati dəstəyi ilə bank olmayan kredit təşkilatları və mikromaliyyə təşkilatlarının nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda geniş seminar keçirilib.

İlk öncə AKTA-nın icraçı direktoru Rauf Cabarov və AMFA-nın icraçı direktoru Jalə Hacıyeva seminarı giriş nitqləri ilə açıblar. Daha sonra seminarda “Code Academy”-nin təlimçisi və kibertəhlükəsizlik üzrə təhsil proqramının rəhbəri Nəriman Əliyev fərqli kibertəhlükəsizlik mövzularında çıxış edib, maraqlı nümunələr üzərindən kibertəhdidləri izah edib. Seminar iştirakçılar və məruzəçilər arasında qarşılıqlı müzakirə formatında keçib.

Qeyd edək ki, AKTA-nın təşkilatçılığı ilə müxtəlif sektorlarda kibertəhlükəsizlik üzrə maarifləndirmənin yüksəldilməsi və rəqəmsal inkişaf dövründə yaranan kibertəhdidlər barədə özəl sektor və ictimaiətin məlumatlandırılması məqsədilə silsilə seminarların davam etdirilməsi nəzərdə tutulub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.