Home » BP Azərbaycanda sosial investisiya layihələrinə 6 ayda 1,5 milyon dollara yaxın vəsait ayırıb

BP Azərbaycanda sosial investisiya layihələrinə 6 ayda 1,5 milyon dollara yaxın vəsait ayırıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu ilin birinci yarısında BP şirkəti və onun operator qismində fəaliyyət göstərdiyi birgə layihələrdəki tərəfdaşları Azərbaycanda həyata keçirilən sosial investisiya proqramlarına təqribən 0,6 milyon ABŞ dolları həcmində vəsait ayırıblar.

Bu barədə “BP-Azerbaijan” şirkətinin operatorlar adından cari ilin ilk yarısının nəticələrinə dair yaydığı biznes hesabatında bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 milyon ABŞ dolları və ya 14,3 % azdır.

Hesabat dövründə maliyyələşdirilən layihələr sırasında hazırda davam edən 19 təhsil proqramı, yerli potensialın formalaşdırılması və sahibkarlığın gücləndirilməsinə yönəlmiş 2 layihə, eləcə də ekoloji istiqamətdə həyata keçirilən 2 təşəbbüs yer alıb.

Bundan əlavə, BP şirkəti ayrıca olaraq öz adından Azərbaycanda dəstək verdiyi layihələrə ilin ilk altı ayında təxminən 0,9 milyon ABŞ dolları həcmində vəsait ayırıb. Bu məbləğ 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 2,25 dəfə çoxdur.

Şirkətin maliyyələşdirdiyi layihələrə 19 təhsil təşəbbüsü, yerli bacarıqların inkişafı və sahibkarlığın dəstəklənməsinə yönəlmiş 1 layihə, ölkənin mədəni irsinin və idmanın təbliğini əhatə edən 5 layihə, ekoloji sahədə 1 təşəbbüs, həmçinin müxtəlif mövzuları əhatə edən 8 konfrans və seminara göstərilən dəstək daxildir. Ümumilikdə isə BP ilin ilk yarısında 34 layihəyə maliyyə dəstəyi göstərib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.