

16 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Diadem” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 17 oktyabr 2024-cü il tarixindən başlayaraq 21 oktyabr 2024-cü il tarixinə kimi 3 iş günü ərzində “Diadem” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Səhmlər üzrə yerləşdirmə 24 oktyabr 2024-cü il tarixində baş tutacaqdır.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir: