Home » Dövlət Xidməti Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı açıqlama yayıb

Dövlət Xidməti Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı açıqlama yayıb

by yunus
0 comments 1 views 1 minutes read

Azərbaycanda internet bağlantısının dayanıqlılığı və informasiya təhlükəsizliyi təmin olunur.

Bu barədə BBN.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbər verir.

Üeyd edilib ki, son günlər bəzi media resurslarında ölkəmizin Qlobal İnternet şəbəkəsinə bağlantısında problemlərin yaranma ehtimalı və informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı məlumatlar yayılmaqdadır.

Məsələ ilə bağlı bildirilib ki, ölkəmizin əsas internet daşıyıcıları tərəfindən Qlobal İnternet şəbəkəsinə çıxış coğrafi baxımdan bir neçə istiqamətdə alternativ bağlantılarla tam şəkildə təmin olunub. Bununla da Azərbaycanın internet trafikinin daşınması konkret bir ölkədən asılı deyil.

Bundan əlavə, AzstateNet şəbəkəsi üzərindən fəaliyyət göstərən dövlət informasiya ehtiyatlarının internet təminatında alternativlik prinsipi tətbiq edilir. İnformasiya təhlükəsizliyi isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 24/7 rejimində nəzarətdə saxlanılır və mütəmadi monitorinq olunur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.