Home » Ekspert: Beynəlxalq təşkilatların 2026-cı il üzrə proqnozları real vəziyyətlə uyğundur

Ekspert: Beynəlxalq təşkilatların 2026-cı il üzrə proqnozları real vəziyyətlə uyğundur

by Zeyneb
0 comments 1 views 1 minutes read

2026-cı il üçün Azərbaycanda iqtisadi proqnozlar beynəlxalq qurumlar tərəfindən diqqətlə izlənilir. Mövcud hesabatlarda ölkədə iqtisadi artımın müsbət olacağı, inflyasiyanın isə tədricən azalacağı qeyd edilir. Bu isə makroiqtisadi sabitliyin qorunduğuna işarə kimi qiymətləndirilir.

Beynəlxalq təşkilatların proqnozları həm dövlət siyasətinin nəticələrini, həm də qlobal iqtisadi tendensiyaları nəzərə almaqla hazırlanır. Lakin bu qiymətləndirmələrin real iqtisadi şəraitlə nə dərəcədə uyğun olduğu sual doğurur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, beynəlxalq təşkilatların irəli sürdüyü proqnozlar ümumilikdə real iqtisadi vəziyyətlə üst-üstə düşür və hökumətin proqnozları ilə uyğunluq təşkil edir.

Onun sözlərinə görə, bəzi hallarda beynəlxalq qurumların proqnozları daha ehtiyatlı və konservativ olur:
“Hətta bəzi hallarda beynəlxalq təşkilatların proqnozları daha ehtiyatlı olur, yəni iqtisadi göstəricilərin ən pis ssenariləri də nəzərə alınır. Hökumət isə daha optimist yanaşır və iqtisadi artımın bu proqnozlardan daha yüksək olacağını gözləyir”.

Ekspert qeyd edib ki, təqdim olunan proqnozlar kifayət qədər realdır və iqtisadi vəziyyəti düzgün əks etdirir. Onun fikrincə, inflyasiya ilə bağlı hökumət beynəlxalq təşkilatlarla müqayisədə daha aşağı göstərici gözləməsə də, qiymət artımının müəyyən səviyyədə sabit qalacağını proqnozlaşdırır.

Eyni zamanda, hökumət iqtisadi artımın daha yüksək olacağını nəzərdə tutur və 2025-ci ilə qədər olan dövrdə iqtisadi inkişafın planlaşdırıldığı kimi davam edəcəyini düşünür.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.