Energetika naziri Pərviz Şahbazov mayın 30-da Ağcabədidə vətəndaşları qəbul edib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbul zamanı vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, elektrik verilişi xətlərinin yenilənməsi, təbii qaz təchizatı, sayğaclaşdırma, işlə təminat, həmçinin digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbulda Ağcabədi rayonu ilə yanaşı, Bakı və Gəncə şəhərləri, İmişli, Göygöl, Zərdab, Ucar və Sabirabad rayonlarından olan 20 vətəndaş iştirak edib.