Home » Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

by Zeyneb
0 comments 0 views 0 minutes read

Energetika naziri Pərviz Şahbazov Bakı, Sumqayıt şəhərləri və Göyçay rayonundan olan vətəndaşları qəbul edib.

Nazirlikdə təşkil olunmuş qəbul zamanı qaz təchizatı, qaz sərfiyyatı üzrə borcun yaranması, elektrik və istilik enerjisi təchizatı, elektrik və qaz sayğaclarının quraşdırılması, işlə təminat və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.