Home » “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiya”nın icrası müzakirə olunub

“İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiya”nın icrası müzakirə olunub

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya”nın icrası ilə bağlı xüsusi iclası keçirilib.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

İclasda Komissiya sədri, Dövlət Xidmətinin rəisi İlqar Musayev ölkə Prezidentinin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiqlənmiş Strategiya haqqında məlumat verib, qeyd edib ki, sənəd ölkənin informasiya məkanının təhdidlərdən qorunması, informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə təsdiq edilib.

Daha sonra Komissiyanın gündəliyinə daxil olan məsələlərinin müzakirələrinə başlanıb. Gündəliyə uyğun olaraq Strategiyanın icrasının səmərəli təşkili məqsədilə Tədbirlər Planının yerinə yetirilməsinə məsul olan qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması ətrafında müzakirələr aparılıb. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının mütəmadi monitorinqi və qiymətləndirilməsinin təmin edilməsi ilə bağlı təkliflər və mexanizmlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub. Müzakirələr zamanı Strategiyanın əhatə dairəsinin genişliyi nəzərə alınaraq, görülən işlərin vahid bazada toplanılması, eyni zamanda işçi qrupların fəaliyyətinin əlaqələndirilməsi və nəticələrin qiymətləndirməsi üzrə informasiya ehtiyatının – portalın yaradılması qərara alınıb.

Gündəliyinə daxil olan məsələlərlə əlaqədar komissiya üzvləri – daxili işlər nazirinin müavini İsmət Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Xarici Kəşfiyyat Xidmətinin rəis müavini general-leytenant Zaur İsmayılov, Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov rəy və təkliflərlə çıxış ediblər. Müzakirələrdən sonra Komissiya üzvləri gündəlikdə olan məsələlər ilə bağlı müvafiq qərarlar qəbul edib.

Sonda Komissiya sədri müzakirə olunan məsələlərin protokollaşdırılmasının, zəruri tədbirlərin görülməsinin, birgə layihələrin hazırlanmasının vacibliyini bildirib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.