Home » “İxrac İcmalı”nın avqust sayı təqdim edilib

“İxrac İcmalı”nın avqust sayı təqdim edilib

by bbnadm
0 rəy 2 baxış 6 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin avqust sayı təqdim edilib. 2020-ci ilin ilk yeddi ayı ərzində Azərbaycanın ixracı 9,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə  1 milyard 35 milyon  ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyətlə bağlı qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 98  milyon ABŞ dolları və ya 8,6 faiz azalıb.

  Bu ilin yanvar-iyul ayları ərzində Rusiyaya 418,6 milyon, Türkiyəyə 205 milyon, İsveçrəyə 107,6 milyon, Gürcüstana 84,2 milyon və Çinə 31,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

  2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin 7 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 5,7 faiz,  İsveçrəyə 21,9 faiz və Çinə 60,9 faiz artıb.

  2020-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (166,5 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 96,5 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (70,6 milyon ABŞ dolları) üçüncü olub.

   Ümumiyyətlə, 2020-ci ilin ilk 7 ayı ərzində ərzində meyvə-tərəvəz ixracı 359,6 milyon, pambıq lifi ixracı 71,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 51,3 milyon, kimya sənayesi məhsullarının ixracı 46,5 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 27,4 milyon, pambıq ipliyi ixracı 10,6 milyon,  alkoqollu və alkoqolsuz içkilərin ixracı 7,3 milyon, şəkər ixracı  9,3 milyon, bitki və heyvan mənşəli piylər və yağlar  ixracı 13,7 milyon, çay ixracı 5,5 milyon ABŞ dolları təşkil edib.

   2020-ci ilin iyul ayında isə qeyri-neft sektoru üzrə ixrac 123 milyon ABŞ dolları təşkil edib. Bu ilin iyul ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (48,3 milyon ABŞ dolları), Türkiyəyə (27,8  milyon ABŞ dolları), İsveçrəyə (11,5 milyon ABŞ dolları), Gürcüstana (7,5 milyon ABŞ dolları) və Çinə (3,4 milyon ABŞ dolları)  ixrac edilib.

  2020-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixracda albalı və gilas (16,4 milyon ABŞ dolları)  birinci, pambıq mahlıcı (12,1 milyon ABŞ dolları), qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda –  10,7 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

  “İxrac İcmalı”nın avqust sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2020-ci ilin 7 ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Land Lojistic” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “MKT İstehsalat Kommersiya” MMC, “Fruit Store” MMC, “Global Trade Group” MMC, “Sun Food” MMC,  “Azagroeksport 2017” MMC, “Baku Steel Company”, “Aqrovest” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azergold” QSC, “Azəralüminium” MMC, “Azərenerji” ATSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Suraxanı Maşınqayırma Zavodu” ASC.

  “İxrac İcmalı”nda xidmət ixracı barədə də məlumat verilib. Belə ki, 2020-ci ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 28,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artım deməkdir. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. 2020-ci ilin iyul ayında isə “Azərkosmos” ASC dünyanın 19 ölkəsinə 6,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ-dir.

  Məlumat verilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalma müşahidə olunur. Bunun nəticəsində 2020-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 23 milyon manat təşkil edib. 2020-ci ilin yanvar-iyul ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 302,7 milyon manatlıq əməliyyat aparılıb.

 “İxrac İcmalı”nda 2020-cu ilin yanvar-iyul ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2020-ci ilin yanvar-iyul aylarında Azexport.az portalına 374,5  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 7 ayında portal daxil olan ixrac sifarişləri dəyər baxımından 8 faiz artıb. 2020-ci ilin iyul ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 55  milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 26,4 faiz artıb.

   Cari ilin iyul ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq mahlıcı və pambıq yağı, fındıq ləpəsi, pomidor, tütün, toyuq əti, alma, toyuq yumurtası, quru süd, qənnadı məhsulu, şərab, tikinti materialı, mühərrik yağı, kosmetik vasitə, sarımsaq, nar şirəsi, uşaq bezi, Naftalan yağı və s. mallara daxil olub. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 iyul tarixinə kimi (43 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 959,3   milyon ABŞ dolları təşkil edib.

“İxrac İcmalı”nda göstərilib ki, bu ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 19,5 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-avqust ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 312.8 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.