Home » Kraudfandinq platformalarının reyestrə daxil edilməsi üçün dövlət rüsumu müəyyənləşdirilir

Kraudfandinq platformalarının reyestrə daxil edilməsi üçün dövlət rüsumu müəyyənləşdirilir

by Zeyneb
0 comments 0 views 1 minutes read

Hüquqi şəxslərin kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Azərbaycan Mərkəzi Bankının reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun tətbiqi təklif olunur.

Bununla bağlı dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən düzəlişdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, hüquqi şəxslərin kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Mərkəzi Bankın reyestrinə daxil edilməsi üçün 2750 manat məbləğində dövlət rüsumu müəyyən edilir.

Təklif olunan dəyişiklik kraudfandinq fəaliyyətinin hüquqi tənzimlənməsinin gücləndirilməsi, bazar iştirakçılarının qeydiyyatının vahid qaydada aparılması və sektorun daha şəffaf fəaliyyətinin təmin edilməsinə xidmət edir.

Qanun layihəsi hazırda Milli Məclisin müvafiq komitələrində müzakirə olunur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.