Home » Maliyyə Nazirliyi rəqəmsal audit sisteminin yaradılması üçün müqavilə imzalayıb

Maliyyə Nazirliyi rəqəmsal audit sisteminin yaradılması üçün müqavilə imzalayıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə konsaltinq xidməti və rəqəmsal audit (e-nəzarət) proqram təminatının yaradılmasına dəstək xidmətinin alınmasını həyata keçirəcək.

Bununla bağlı nazirlik ilə Deloitte & Touche Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Dövlət Maliyyə Nəzarəti Xidmətində rəqəmsal audit mexanizmlərinin tətbiqi, e-nəzarət sisteminin qurulması və bu istiqamətdə məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində həyata keçiriləcək işlərə görə müqavilənin dəyəri 967 601,18 manat təşkil edir.

Qeyd edək ki, rəqəmsal audit sistemlərinin tətbiqi dövlət maliyyə nəzarətinin effektivliyinin artırılması, nəzarət proseslərinin avtomatlaşdırılması və risk əsaslı audit yanaşmalarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.