Home » İxrac icmalının mart sayı təqdim olunub

İxrac icmalının mart sayı təqdim olunub

by bbnadm
0 rəy 0 baxış 4 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın mart sayına əsasən, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracı 4,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 651,4 milyon ABŞ dolları təşkil edib.  Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin iki ayı ilə müqayisədə 36,6% artıb.

2023-cü ilin yanvar-fevral ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 6,6 dəfə, şəkər ixracı 78,5%, çay ixracı isə 22,7% artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 124,8 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,2%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,8% artıb.

2023-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (227,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda ilkin formalı polipropilen (23,6 milyon ABŞ dolları) ikinci, meşə fındığı (23,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 

2023-ci ilin yanvar-fevral ayları ərzində Türkiyəyə 273,9 milyon ABŞ dolları, Rusiya Federasiyasına 137,7 milyon ABŞ dolları, Gürcüstana 64,7 milyon ABŞ dolları, Qazaxıstana 19,4 milyon ABŞ dolları və İsveçrə Konfederasiyasına isə 19 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2023-cü ilin fevral ayının qeyri-neft ixracı 366,9 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac 53,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 313,5 milyon ABŞ dollarına bərabər olub.

2023-cü ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (167,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyasına (69,6 milyon ABŞ dolları) ikinci və Gürcüstana (40,3 milyon ABŞ dolları) üçüncü  olub.

2023-cü ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (154,8 milyon ABŞ dolları) birinci, ilkin formalı polipropilen (14 milyon ABŞ dolları) ikinci və meşə fındığı (11,5 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac İcmalı”nda göstərilib ki, 2023-cü ilin mart ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,5 milyon ABŞ dolları olub.

 “İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-fevral aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2023-cü ilin yanvar-fevral ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı hüquqi və fiziki şəxlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “STP Global Cable” MMC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, Şirinov Elvin Valeh oğlu, “Baku Steel Company” QSC, “Almeyvə” MMC, “Mors Trading” MMC. “Rose Servis” MMC.

 Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC  başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “ASK Tütün” MMC, “Şəki Şərab” MMC, “Azəripək” MMC.

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) dünyanın 39 ölkəsinə 3,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib. Azərkosmosun xidmət ixracından əldə etdiyi gəlir ümumi gəlirlərinin 80 faizini təşkil edib. 2023-cü ilin fevral ayında isə Azərkosmosun dünyanın 39 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Cari ilin iki ayı ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 813,3 min ABŞ dolları ilə Birləşmiş Krallıq,  698,3 min ABŞ dolları ilə Lüksemburq, 534,1 min ABŞ dolları ilə Fransa, 294,8 min ABŞ dolları ilə BƏƏ və 169,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.

2023-cü ilin yanvar-fevral aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 333,8 milyon manat, yalnız fevral ayında isə 162,3 milyon manat dəyərində  əməliyyat aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.