Home » KOBİA yanında İctimai Şuranın formalaşdırılması ilə əlaqədar yaradılmış Seçki komissiyasının sonuncu iclası keçirilib

KOBİA yanında İctimai Şuranın formalaşdırılması ilə əlaqədar yaradılmış Seçki komissiyasının sonuncu iclası keçirilib

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın formalaşdırılması ilə əlaqədar yaradılmış Seçki komissiyasının sonuncu iclası keçirilib. İctimai Şuranın üzvlüyünə seçilmək məqsədilə namizədlər tərəfindən təqdim edilmiş sənədlər artıq Seçki komissiyası tərəfindən qiymətləndirilib, müəyyən edilmiş tələblərə uyğun təqdim olunmuş və adları siyahıda göstərilən namizədlərin müraciətləri qeydə alınıb: 

Namizədlərin siyahısı

Nəzərinizə çatdırırıq ki, KOBİA yanında İctimai Şura üzvlərinin say həddi 15 nəfər müəyyən edilib. İctimai Şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncağın 29 noyabr 2022-ci il saat 11:00-da, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 134 ünvanında yerləşən KOBİA-nın görüş zalında keçirilməsi qərara alınıb. 

Seçkilərdə iştirak etmək məqsədilə hər bir vətəndaş cəmiyyəti institutu müvafiq qaydada üzvlərini qeydiyyatdan keçirməklə onların iştirakını təsdiq edə bilərlər. 

Seçicilərə dair tələblər aşağıdakılardır: 

– İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;

– İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər;

– Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.

Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyata alınması üçün müraciət;

2. seçicinin şəxsiyyət vəsiqəsinin surəti;

3. vətəndaş cəmiyyəti institutuna dair müvafiq rəsmi sənəd.

Seçicilərin qeydiyyatı məsələsinə Seçki komissiyası tərəfindən baxılaraq müvafiq qərar qəbul ediləcəkdir. 

Yuxarıda göstərilən qeydiyyat üçün sənədlər ictimaishura@smb.gov.az elektron poçtuna elektron qaydada təqdim edilə bilər.  

Qeydiyyat üçün sənədlər 26 noyabr 2022-ci il tarixindən etibarən qəbul edilir və sənədlərin qəbulu müddəti 28 noyabr 2022-ci il tarixində saat 18:00-da başa çatacaq.

Seçkilərin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.