0


Dünyanın ən bahalı kriptovalyutası olan Bitcoin Bakı vaxtı ilə saat 09:20-də “CoinMarketCap” platformasında 1.24% artaraq 109 487 ABŞ dollarına yüksəlib.
BBN.az xəbər verir ki, bundan əlavə, son 24 saat ərzində Ethereum da bahalaşıb. Belə ki, bu kriptovalyutanın qiyməti 1.98% artaraq 2 564 ABŞ dolları təşkil edib.
İlk beşlikdə yer alan digər kriptovalyutalar arasında XRP son sutkada 0.95%, BNB isə 1.04% dəyər qazanıb.
Qeyd edək ki, Bitcoin bu ilin mayın 22-də tarixi maksimum səviyyəyə çataraq 110 000 ABŞ dollarını keçib.