Home » Maliyyə sektorunun assosiasiyaları ilə Mərkəzi Bankda görüş keçirilib

Maliyyə sektorunun assosiasiyaları ilə Mərkəzi Bankda görüş keçirilib

by yunus
0 comments 5 views 1 minutes read

Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyasının, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycan Fintex Assosiasiyası İctimai Birliyinin və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələrinin iştirakı ilə Mərkəzi Bankda görüş təşkil olunub.

Görüş çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən elan edilmiş “İnsan hüquqları aylığı” kampaniyası çərçivəsində maliyyə sektoru üzrə nəzərdə tutulan birgə tədbirlər müzakirə olunub.

Tədbir zamanı maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin gücləndirilməsi, assosiasiyalarla birgə layihələrin icrası və üzv təşkilatların iştirakı ilə yaradılmış işçi qrupların fəaliyyətinin effektivliyinin artırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının təmin edilməsi və sektordaxili koordinasiyanın artırılması məqsədilə birgə əməkdaşlıqlara xüsusi önəm verilir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.