Home » “Microsoft” maliyyə hesabatını açıqlayıb

“Microsoft” maliyyə hesabatını açıqlayıb

by yunus
0 comments 0 views 1 minutes read

“Microsoft” 2026-cı maliyyə ilinin birinci rübünə (iyul–sentyabr dövrü) dair balans hesabatını açıqlayıb.

BBN.az xəbər verir ki, hesabata əsasən, şirkətin gəliri illik müqayisədə 18 faiz artaraq 77,7 milyard dollar olub. Ötən ilin eyni dövründə bu rəqəm 65,6 milyard dollar təşkil edib.

Eyni zamanda, Microsoft-un xalis mənfəəti 12 faiz artaraq 27,7 milyard dollara yüksəlib. Keçən ilin eyni dövründə bu göstərici 24,7 milyard dollar idi.

Analitiklər artımı əsasən bulud hesablama xidmətləri, süni intellekt həlləri və “Azure” platformasının güclü performansı ilə əlaqələndirirlər. Microsoft-un rəhbərliyi, növbəti rüblərdə də süni intellekt yönümlü məhsullardan əldə edilən gəlirlərin artacağını proqnozlaşdırır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.