
“Netflix” 2025-ci ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayıb.
BBN.az xəbər verir ki, şirkətin rüblük gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 17,2% artaraq 11,5 milyard dollara yüksəlib. Halbuki, əvvəlki proqnozlara əsasən bu göstəricinin 9,8 milyard dollar olacağı gözlənilirdi.
Şirkət artımın əsas səbəbləri kimi abunəçi sayının çoxalmasını, qiymət tənzimləmələrini və reklam gəlirlərindəki artımı göstərib.
“Netflix” növbəti rübdə də gəlirin təxminən 17% artacağını gözləyir. Şirkətin 2025-ci il üzrə ümumi gəlir proqnozu əvvəlki gözləntilərlə eyni qalaraq 45,1 milyard dollar səviyyəsindədir.
Bundan əlavə, “Netflix”in xalis mənfəəti ötən ilin üçüncü rübü ilə müqayisədə 7,7% artaraq 2,5 milyard dollara çatıb. 2024-cü ilin eyni dövründə bu göstəricinin 2,4 milyard dollar olacağı proqnozlaşdırılırdı.
Ötən ilin eyni rübündə 5,40 dollar olan səhm üzrə qazanc bu dəfə 5,87 dollara yüksəlib.







