Home » “Rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində mövcud vəziyyət və atılan addımlar” – ABA-nın eksperti Malik Rəhimlinin müsahibəsi

“Rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində mövcud vəziyyət və atılan addımlar” – ABA-nın eksperti Malik Rəhimlinin müsahibəsi

by Aytac
0 comments 264 views 1 minutes read

Malik Rəhimli:
“Rəqəmsal təhlükəsizlik yalnız texnoloji həllərlə deyil, istifadəçilərin məlumatlı davranışı ilə də formalaşır.”

– Fırıldaqçılıq hallarının qarşısını almaq üçün hansı əsas tədbirlər həyata keçirilir?

İlk olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı hər rüb rəqəmsal fırıldaqçılıq statistikası yayımlamağa başlayıb. Bu hesabatlar sektordakı vəziyyəti izləmək və riskləri qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Dələduzluq hallarının artmasına təsir edən əsas səbəblər rəqəmsal kanalların genişlənməsi, onlayn ödənişlərin çoxalması və bank xidmətlərinin mobil/veb platformalara keçməsi ilə bağlıdır. Rəqəmsal xidmətlər inkişaf etdikcə dələduzlar da öz üsullarını təkmilləşdirirlər.

Banklar fırıldaqçılığın qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirirlər, o cümlədən:
– xüsusi antifraud sistemlərinin tətbiqi;
– 24/7 rejimində şübhəli əməliyyatların monitorinqi;
– gücləndirilmiş müştəri autentifikasiyası;
– fırıldaqçılığa qarşı mübarizə qruplarının fəaliyyəti;
– vətəndaşların maarifləndirilməsi.

Sosial mühəndislik hallarının genişlənməsi səbəbindən maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. Belə vəziyyətlərdə hədəf texniki sistem deyil, birbaşa vətəndaş olur.

– Banklar kiber dələduzluğa qarşı mübarizədə hansı addımları atırlar?

Son dövrdə ən çox rast gəlinən dələduzluq forması sosial mühəndislikdir. Dələduzlar bank və ya hüquq-mühafizə orqanı adı ilə vətəndaşlarla əlaqə saxlayaraq onları aldadır və vəsaiti dələduzlara məxsus hesaba yönləndirməyə nail olurlar.

Bir çox bank mobil bankçılığa qeydiyyat zamanı gücləndirilmiş autentifikasiya tətbiq etməklə hesabların ələ keçirilməsi hallarının qarşısını əhəmiyyətli dərəcədə azaldır. Lakin sosial mühəndislikdə əməliyyat birbaşa vətəndaş tərəfindən yerinə yetirildiyi üçün texniki müdafiə mexanizmləri tam təsir göstərmir.

Mərkəzi Bankın üçüncü rüb üzrə məlumatlarına əsasən, dələduzluq hallarının böyük hissəsi kart məlumatlarının dələduzlara verilməsi və ya əməliyyatların manipulyasiya altında vətəndaş tərəfindən icra olunması ilə bağlıdır. Buna görə vətəndaşlar xarici nömrələrdən gələn zənglərə qarşı xüsusilə diqqətli olmalıdırlar. Bank və hüquq-mühafizə orqanları xarici nömrələr vasitəsilə vətəndaşla əlaqə saxlamır.

Belə hallarda vətəndaşlara tövsiyə olunur ki, dərhal zəngi sonlandırıb kartın aid olduğu bankla birbaşa əlaqə saxlasınlar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.