Home » Rəqəmsal yuan il sonuna qədər istifadəyə veriləcək

Rəqəmsal yuan il sonuna qədər istifadəyə veriləcək

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Çin Mərkəzi Bankı (PBOC) 2014-cü ildə icrasına başladığı rəqəmsal yuan valyutasını 2020-ci ilin sonuna yaxın istifadəyə verə bilər. Bu barədə proqnoz Çinin nəhəng investisiya bankı “Citic Securities” tərəfindən verilib. Bununla yanaşı, PBOC vitse-prezidenti Yifei Fan 4 aprel tarixində milli valyutanın təhlükəsizliyi ilə bağlı keçirdikləri telekonfransda Mərkəzi Bank Rəqəmsal Valyutası (CBDC) layihəsini sürətləndirdiklərini açıqlayıb.

Aprel ayında Çinin dörd ən böyük kommersiya bankı rəqəmsal yuanın daxili testlərinə start verib. Hətta, Çinin Kənd Təsərrüfatı Bankının rəqəmsal yuanın test mərhələsi üçün hazırladığı mobil tətbiqetmənin istifadəçi interfeysinin ekran görüntüsü sosial şəbəkəyə sızıb. Ekran görüntüsünə istinadən, rəqəmsal yuan tətbiqetməsinin digər mobil cüzdan tətbiqetmələrində mövcud olan bütün funksiyalara sahib olması ilə yanaşı, oflayn şəkildə, “Bluetooth” vasitəsilə və toxunuşla (touch and touch) köçürmə funksiyaları da yer alır.

CBDC layihəsinin son aylarda belə sürətlə yol almasının əsas səbəbi kimi, koronavirus pandemiyası səbəbindən istehlakçı vərdişlərinin dəyişməsi və nağdsız ödənişlərə sürətli keçidin təmin edilməsi olub. Belə ki, layihənin icrasına start verilən dövrdə, digər ölkələr kimi, Çində də nağd valyuta ilə ödənişlər geniş məcrada yayılmışdı. Hazırda isə, mobil ödəniş tranzaksiyalarının ümumi həcmi 347 trilyon yuanı (49 trilyon dollar) ötüb. Bu isə, hər beş ödənişdən dördünün nağdsız şəkildə həyata keçirilməsi deməkdir. Belə böyükhəcmli bir bazara mərkəzləşmiş rəqəmsal valyutanın buraxılması Mərkəzi Bankın vergilərdən yayınma və çirkli pulların yuyulması kimi bir sıra riskləri minimuma endirməsinə yardımçı olacaq.

Lakin, “Citic Securities” istehlakçıların rəqəmsal yuana adaptasiya prosesinin asan olmayacağını vurğulayıb. Bankın proqnozlarına görə, rəqəmsal yuan önümüzdəki bir neçə ildə dövriyyədəki nağd valyutanın cəmi 10%-ə qədər olan hissəsini əvəzləyə biləcək. Bu səbəbdən, PBOC tərəfindən çirkli pulların yuyulması prosesinin davam etdirilməsi, eləcə də koronavirus pandemiyası səbəbindən nağd vəsaitlərin dezinfeksiyasının davam etdirilməsinin vacibliyi vurğulanır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.