Home » Rabitəbank ipoteka kreditləri üçün razılıq sistemini istifadəyə verib

Rabitəbank ipoteka kreditləri üçün razılıq sistemini istifadəyə verib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Rabitəbank müştərilərin ipoteka kreditlərindən istifadə imkanlarını daha da genişləndirib. Artıq MİDA (Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi) tərəfindən tikilən mənzillərin ipoteka krediti ilə alınması üçün ilkin razılığın əldə olunması məqsədilə bank filialına gəlməyə ehtiyac yoxdur.

Müştərilər ilkin razılığı Rabitəbankın rəsmi saytından onlayn şəkildə əldə edə bilərlər. Bu yenilik sayəsində ipoteka kreditinin rəsmiləşdirilməsi prosesi daha da sürətlənir, müştəri vaxtına qənaət edir və bütün proses daha rahat şəkildə həyata keçirilir.

Bank bu platformanı yaratmaqla ipoteka ilə bağlı bütün xidmətləri vahid platforma üzərindən təqdim etməyi qarşısına məqsəd qoyub.

Sistem vasitəsilə müştərilər:

  • şəxsi məlumatlarını daxil edərək özlərinə uyğun kredit məbləğini öyrənə;
  • ipoteka krediti təqdim edən Rabitəbank filiallarını müəyyənləşdirə;
  • sənədləri onlayn şəkildə yükləyərək ipoteka müraciəti prosesini tam rəqəmsal formada apara bilərlər.

Qeyd edək ki, bu addım Rabitəbankın “Rahat bankçılıq” strategiyasının daha bir təzahürü, müştərilərin vaxtına, rahatlığına və rəqəmsal üstünlüklərə dəyər verən yanaşmasının nəticəsidir.

Müraciət üçün linkə https://rbt.az/mida-ipoteka keçid edə bilərsiniz.

MİDA xətti ilə güzəştli mənzil əldə edənlərin kredit müraciətləri Rabitəbankın Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bərdədə yerləşən filiallarında qəbul olunur.

Hal-hazırda “Rabitəbank” ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.