Home » “Rabitəbank”-ın İdarə Heyətində dəyişiklik olub

“Rabitəbank”-ın İdarə Heyətində dəyişiklik olub

by bbnadm
0 comments 0 views 1 minutes read

BBN.az-ın əldə etdiyi məlumata görə, Orhan Gültekin “Rabitəbank’’ ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini olaraq təyin olunub.

Qeyd edək ki, buna qədər Orhan Gültekin 06 mart 2018-ci il tarixindən Rabitəbankda İdarə Heyəti Sədrinin müavini (Satış üzrə) vəzifəsini icra edirdi.

Gültekin Orhan Rifat oğlu 06 may 1970-ci ildə Türkiyənin Bursa şəhərində anadan olmuşdur.

1987-1991-cı illərdə Türkiyənin Hacettepe Universitetində Menecment ixtisası üzrə bakalavr təhsili almışdır.

Orhan Gültekin 1993-cü ildə “Garanti” bankda öz karyerasını auditor olaraq başlatmış, daha sonra 1997-2001-ci illərdə “Koçbank”-da Satış üzrə müxtəlif idarəedici vəzifələrində;

2001-2012-ci illərdə “Yapı Kredi Bank – Türkiyə’’də satış üzrə Regional Direktor və İcraçı vitse-prezident vəzifələrində çalışmışdır.

2012-2015-ci illərdə ‘’Yapı Kredi Bank – Azərbaycan’’da Baş Direktor (satış üzrə) olaraq fəaliyyət göstərmişdir.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.