Home » “Respublikada çəltik əkinlərinin vəziyyəti və qarşıda duran tədbirlər” mövzusunda videokonfrans keçirilib

“Respublikada çəltik əkinlərinin vəziyyəti və qarşıda duran tədbirlər” mövzusunda videokonfrans keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Hazırda aqrar sektorda fəaliyyət xüsusi karantin rejiminin tələblərinə uyğun davam etdirilir. Yaz-tarla işlərinin gedişatı ilə bağlı mövcud vəziyyəti dəyərləndirmək və carı tapşırıqların icrası məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti şöbələri tərəfindən mütəmadi videokonfranslar keçirilir.

Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə “Respublikada çəltik əkinlərinin vəziyyəti və qarşıda duran tədbirlər”  mövzusunda videokonfrans keçirilib. Astara, Lənkəran, Masallı, Biləsuvar, Salyan, İmişli, Yevlax, Ağdaş, Ucar, Zərdab, Ağsu, Göyçay, Samux rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssislərinin iştirakı ilə keçirilən tədbirdə çəltik əkinləri ilə bağlı müzakirələr aparılıb, mövsümi aqrotexniki tədbirlərin görülməsilə əlaqədar müvafiq məsləhətlər verilib.

Videokonfransda “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda bu il üçün nəzərdə tutulan tədbirlərin icrası müzakirə edilib. Videokonfransda çəltik əkinlərinin genişləndirilməsi məqsədilə əkin sahələrinin düzgün seçilməsi, aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi, toxum, texnika, mineral gübrə və pestisidlərlə təchizat səviyyəsi təhlil edilib, istehsal vasitələrinə olan tələbatın ödənilməsi istiqamətində təkliflər dinlənilib.  

Kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişaf etdirilməsi üçün yerli imkanlardan səmərəli istifadə edilməsi, yeni çəltik sortlarının genefondunun yaradılması, yerli şəraitə uyğun formalarının seçilməsi və onların toxumçuluq sisteminin yaradılması istiqamətində tədqiqat işlərinin başlanmasının vacibliyi qeyd edilib. Müzakirələr zamanı çəltik istehsalçılarına mikrokreditlərin ayrılmasında üstünlüklərin verilməsi, aran bölgəsində çəltik emalı müəssisələrinin yaradılması, mini çəltikyığan texnikaların lizinq yolu ilə gətirilməsi və satılmasına dair təkliflər səsləndirilib.

Həmçinin, videokonfransda digər yazlıq bitkilərin becərilməsi sahəsində cari vəziyyət də müzakirə edilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.