Home » “Risk Ready, Fraud in Action, Baku 2025” tədbiri keçirilib

“Risk Ready, Fraud in Action, Baku 2025” tədbiri keçirilib

by yunus
0 comments 1 views 1 minutes read

6 mart 2025-ci il tarixində, “ABB” ASC-nin inzibati ofisində  Lexis Nexis Risk Solution’s şirkəti tərəfindən dələduzluğa qarşı mübarizə üzrə “Risk Ready 2025, Fraud in Action” adlı tədbiri keçirilmişdir.

ABA-nın nəzdində fəaliyyət göstərən “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə” ekspert qrupu üzvlərinin də iştirakı ilə baş tutan tədbirdə Lexis Nexis Risk Solution şirkətinin aparıcı konsultantı Oleq Zadalya və biznesin inkişafı sahəsinin direktoru Michael Adams, şirkətin fəaliyyəti haqqında geniş məlumat vermiş, ən son tendensiyalar, alətlər və fırıldaqçılığa qarşı mübarizə strategiyaları, habelə yeni risklər və metodlar haqqında məlumat təqdim etmişdirlər.

Tədbirdə həmçinin iştirakçılar Azərbaycan, Avropa, Orta Şərq və Mərkəzi Asiyada mövcud fırıldaqçılıq problemləri barədə fikir mübadiləsi aparmışlar.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.