Bu ilin 26 avqust tarixində Azərbaycanda “Sığorta Festivalı” start götürəcək.
BBN.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev Azərbaycanda ilk dəfə təşkil olunacaq “Sığorta Festivalı” ilə bağlı mətbuat konfransında deyib.
İcraçı direktorun sözlərinə görə festival 26 avqust – 7 sentyabr tarixlərində təşkil olunacaq. Festivalın 26 avqust tarixində Bakı şəhərində Dənizkarı Milli Park ərazisində başlamaqla Sumqayıt, İsmayıllı, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Gədəbəy, Şəki və Zaqatala regionlarında keçirilməsi nəzərdə tutulub.