Home » Sahil Babayev: “Azərbaycan ilk dəfə icmal büdcənin qeyri-neft baza kəsirini 19 faizə endirib”

Sahil Babayev: “Azərbaycan ilk dəfə icmal büdcənin qeyri-neft baza kəsirini 19 faizə endirib”

by yunus
0 comments 1 views 1 minutes read

Azərbaycan hökuməti gələn ildən icmal büdcənin qeyri-neft baza kəsirini qeyri-neft ÜDM-ə nisbətdə ilk dəfə 19 faizə qədər azaltmağı bacarıb.

BBN.az xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib.

Nazirin sözlərinə görə, uzun illərdir bu göstərici 20 faizdən yuxarı olub, 2025-ci il üçün isə 22,4 faiz proqnozlaşdırılırdı. “2026-cı ildən etibarən ilk dəfə bu rəqəmi 19 faizə endirmək mümkün olub. Bu, həm ciddi, həm də önəmli bir dinamikanın göstəricisidir”, – deyə o vurğulayıb.

Sahil Babayev qeyd edib ki, bu proses hökumət üçün müəyyən çətinliklər yaratsa da, məqsəd fiskal sabitliyi gücləndirməkdir:
“Ortamüddətli dövrdə, yəni 2029-cu ilin sonuna qədər icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 13 faizə qədər endirilməsi planlaşdırılır. Bu addımlar ölkənin maliyyə dayanıqlığını və makroiqtisadi sabitliyini daha da möhkəmləndirəcək”.

Nazir həmçinin bildirib ki, büdcənin sağlamlığını təmin edən əsas amillərdən biri qeyri-neft gəlirlərinin artmasıdır. Onun sözlərinə görə, bu il dövlət büdcəsinin gəlirlərinin 57 faizi məhz qeyri-neft mənbələrindən formalaşacaq (ötən il bu göstərici 53–54 faiz idi). İcmal büdcə üzrə bu pay 63 faizə çatıb ki, bu da Azərbaycanın tarixində ilk dəfə qeyri-neft sektorunun bu qədər böyük paya malik olması deməkdir.

Sahil Babayev əlavə edib ki, orta müddətli perspektivdə hədəf qeyri-neft gəlirlərinin payını 69 faizə qədər yüksəltməkdir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.