Home » Sahil Babayev: Azərbaycanda gəlir vergisi dünyanın ən aşağı səviyyələrindən birindədir

Sahil Babayev: Azərbaycanda gəlir vergisi dünyanın ən aşağı səviyyələrindən birindədir

by yunus
0 comments 5 views 1 minutes read

Dünyada çox az ölkədə gəlir vergisi dərəcəsi Azərbaycandakı qədər aşağıdır.

BBN.az xəbər verir ki, bu fikri maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Nazir bildirib ki, gələn ildən 2 500 manata qədər olan aylıq gəlirlərə cəmi 3% gəlir vergisi tətbiq ediləcək. Onun sözlərinə görə, bu dəyişiklik ümumi fiskal yükün azaldılması ilə paralel şəkildə həyata keçirilir.

Sahil Babayev qeyd edib ki, əvvəllər Azərbaycanda ümumi fiskal yük 52–55% aralığında idi, hazırda isə bu göstərici 37%-ə endirilib. Bununla yanaşı, hökumət gəlir vergisi üzrə sabit dərəcələr sisteminə keçir:

  • 2026-cı ildə gəlir vergisi – 3%

  • 2027-ci ildə5%

  • 2028-ci ildə7%

Sonrakı illər üçün bu dərəcələr davamlı olaraq 7% (2 500 manata qədər gəlirlər üçün), 10% (8 000 manata qədər) və 14% (8 000 manatdan yuxarı) səviyyəsində saxlanılacaq.

Nazir vurğulayıb ki, bu qərar həm vətəndaşlar, həm də sahibkarlar üçün mühüm güzəşt xarakteri daşıyır:

Sahil Babayevin sözlərinə görə, yeni vergi dərəcələri özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına, eləcə də investisiya və infrastruktur layihələrinin genişlənməsinə əlavə stimul yaradacaq.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.