Home » Sahil Babayev: Qeyri-neft-qaz gəlirlərinin cari xərclərin 88 faizini qarşılaması nəzərdə tutulur

Sahil Babayev: Qeyri-neft-qaz gəlirlərinin cari xərclərin 88 faizini qarşılaması nəzərdə tutulur

by yunus
0 comments 0 views 1 minutes read

2026-cı ildə Azərbaycanda dövlət büdcəsinə qeyri-neft-qaz sektorundan daxilolmaların cari xərclərin təxminən 88,1 faizini ödəyəcəyi proqnozlaşdırılır.

BBN.az xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin təqdimatı zamanı məlumat verib.

Nazirin sözlərinə görə, növbəti il üçün cari xərclərin həcmi ümumi büdcə xərclərinin 60,3 faizi, yəni 25,2 milyard manat təşkil edəcək. Bu göstərici 2024-cü ilin faktiki nəticələri ilə müqayisədə 18 faiz çox, 2025-ci ilin proqnozu ilə müqayisədə isə 0,4 milyard manat artıqdır.

Sahil Babayev qeyd edib ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri dövlətin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına tam şəkildə maliyyələşdirilməsidir.

Nazir bildirib ki, “əgər gələn il bu nisbət 88 faizə çatırsa, 2029-cu ilə qədər bu göstəricinin 100 faizə yüksəlməsi hədəflənir.”

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.