Home » TikTok bu ilin birinci rübündə Azərbaycanda 590 mindən çox video silib

TikTok bu ilin birinci rübündə Azərbaycanda 590 mindən çox video silib

by yunus
0 comments 0 views 1 minutes read

TikTok-un 2026-cı ilin yanvar-mart aylarını əhatə edən hesabatına əsasən, Azərbaycanda platformadan 590 880 video silinib.

BBN.az xəbər verir ki, silinən videolar platformada yayımlanan ümumi məzmunun 0,3%-ni təşkil edib.

Hesabata görə, silinən videoların 99,4%-i istifadəçilər tərəfindən şikayət edilməzdən əvvəl proaktiv şəkildə aşkarlanaraq platforma tərəfindən silinib.

Bildirilib ki, qaydaları pozan məzmunun 95,7%-i ilk 24 saat ərzində platformadan götürülüb. Bu da platformanın pozuntuları qısa müddətdə müəyyən edib aradan qaldırdığını göstərir.

Eyni zamanda, hesabat dövründə 27 885 video yenidən bərpa olunub. Söhbət əvvəlcə silinən, lakin sonradan aparılan əlavə yoxlamalar nəticəsində platformanın qaydalarını pozmadığı müəyyən edilən videolardan gedir.

TikTok-un məlumatları platformada məzmunun moderasiyası və qayda pozuntularının aşkarlanması prosesinin əsasən avtomatlaşdırılmış və proaktiv şəkildə həyata keçirildiyini göstərir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.