“Visa” oflayn ödənişlər üçün çip yaratmağı planlaşdırır

Beynəlxalq ödəniş texnologiyaları şirkəti “Visa” daha bir innovativ layihəyə imza atıb. Belə ki, şirkətin dünyanın ən çox əhalisinə malik olan ölkələrindən biri olan Hindistanda oflayn ödənişlərin həyata keçirilməsinə imkan tanıyan yeni çipini sınaqdan keçirir.

Hindistanın ödəniş texnologiyaları nəhənglərindən olan “İnnoviti” şirkəti ilə tərəfdaşlıq əsasında yaradılan bu çip gün ərzində 27 dollar (2000 rupi) məbləğində oflayn rəqəmsal ödənişin həyata keçirilməsinə imkan yaradır. Yeni çip ilə həyata keçirilən hər bir oflayn tranzaksiyanın maksimal məbləği 2.7 dollar (200 rupi) səviyyəsindədir.

Layihə ilkin mərhələdə Benqaluru rayonunda “Yes Bank” və “Axis Bank” tərəfindən sınaqdan keçirilib. “İnnoviti” şirkətinin direktoru açıqlamasında, sözügedən regionun seçilməsinin əsas səbəbi kimi orada internet şəbəkəsinə çıxışı olmayan əhalinin çoxluq təşkil etməsi olduğunu göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır