Home » VTB (Azərbaycan) ekoloji təşəbbüsə dəstək verdi: Müşfiqabadda yeni meşə salındı

VTB (Azərbaycan) ekoloji təşəbbüsə dəstək verdi: Müşfiqabadda yeni meşə salındı

by yunus
0 comments 1 views 0 minutes read

25 aprel tarixində VTB (Azərbaycan)-ın əməkdaşları genişmiqyaslı yaşıllaşdırma aksiyasına qoşularaq, Müşfiqabad qəsəbəsində 50 hektardan çox ərazidə ağac əkini həyata keçirdilər. Müvafiq assosiasiyaların maliyyə dəstəyi ilə ərazidə damla-suvarma sistemi qurulub.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunan aksiya çərçivəsində bir milyon ağacın əkilməsi nəzərdə tutulub. Layihə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank və digər aparıcı maliyyə assosiasiyalarının iştirakı ilə reallaşdırılır.

Əməkdaşlıq 13 mart 2023-cü il tarixli “Anlaşma Memorandumu” əsasında təşkil olunub və VTB (Azərbaycan) onun icrasında fəal iştirak edərək ölkəmizdə ekologiyanın yaxşılaşdırılmasına və davamlı inkişafın təmin edilməsinə töhfə verir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.