Home » VTB (Azərbaycan) mikrobiznes kreditlər üzrə komissiyanı ləğv etdi

VTB (Azərbaycan) mikrobiznes kreditlər üzrə komissiyanı ləğv etdi

by anar
0 comments 0 views 1 minutes read

Mikro biznes şirkətləri VTB (Azərbaycan)-dan komissiyasız 50 min manatadək kredit üçün müraciət edə bilərlər. Maliyyələşdirmə illik 18%-dən başlayır, müddəti isə 36 aya qədərdi. Krediti girovsuz və zaminsiz almaq mümkündür.

«Mikrobiznes ölkəmizin iqtisadiyyatında və əhalinin rifahında mühüm rol oynayır. Bu şirkətlər bazar dəyişikliklərinə tez reaksiya verir, innovasiyalar təqdim edir və sağlam rəqabəti təmin edir ki, bu da xidmətlər sektorunun keyfiyyətinin yüksəlməsinə səbəb olur. 2024-cü ildə VTB (Azərbaycan)-ın aktiv mikrobiznes müştərilərinin sayı və təsdiq olunan kreditlərin həcmi 82% artırıb. Buna görə də biz məhsullarımızı bu seqmentdəki müştərilərin ehtiyaclarına uyğunlaşdırırıq. Vaxt itirmədən biznes məqsədlərinizə çatmaq üçün, VTB (Azərbaycan)-ı seçin, işinizi böyüdün», – bankın idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru Tural Hüseynov bildirib.

Mikrokrediti VTB (Azərbaycan)-ın istənilən filialından əldə etmək mümkündür. Həmçinin SİMA İmza rəqəmsal imzadan istifadə etməklə məsafədən də xidmətdən yararlanmaq olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.