Home » Vüsal Qurbanov: Süni intellekt əsaslı nəzarət sığortanın gələcək standartları olacaq

Vüsal Qurbanov: Süni intellekt əsaslı nəzarət sığortanın gələcək standartları olacaq

by yunus
0 comments 1 views 1 minutes read

Süni intellekt əsaslı nəzarət modelləri yaxın gələcəkdə sığortanın yeni standartlarına çevriləcək.

BBN.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən Türk Dövlətləri InsurTech Sammiti 2025 çərçivəsində açıqlayıb.

Vüsal Qurbanov bildirib ki, data mühəndisliyinə əsaslanan avtomatlaşdırılmış qiymətləndirmələr sığorta şirkətlərinə daha dəqiq, ədalətli və çevik xidmətlər göstərməyə imkan verir. Bu, həm müştəri loyalığını artırır, həm əməliyyat xərclərini azaldır, həm də sığorta sektorunun davamlı inkişafına töhfə verir. Azərbaycanın sığorta bazarında InsurTech-lərin tətbiqi, tənzimləyici sandbox rejimləri və rəqəmsal transformasiyanın yerli və qlobal bazarlara təsirləri AMB-nin daim diqqət mərkəzindədir.

AMB rəsmisi əlavə edib ki, məqsəd beynəlxalq trendləri izləməklə yanaşı, onları yerli reallıqlara uyğunlaşdırmaq və ölkədə tətbiqini təmin etməkdir. Bu yolla istehlakçılar sığorta məhsullarına daha rahat çıxış əldə edə bilirlər. Rəqəmsal identifikasiya, onlayn satış platformaları, avtomatlaşdırılmış zərər qiymətləndirmə sistemləri və süni intellekt əsaslı nəzarət modelləri yaxın gələcəkdə sığortanın standartlarını müəyyən edəcək.

Vüsal Qurbanov qeyd edib ki, türk dövlətləri arasında start-up təşəbbüsləri və vahid məlumat platformalarının yaradılması türk dünyasında InsurTech-in inkişafında yeni səhifə açacaq. Hazırda Azərbaycanda bütün icbari sığorta növləri vahid elektron sistem üzərindən həyata keçirilir. Elektron şəhərdənmə sistemi vasitəsilə rəqəmsal modullar real vaxt rejimində tərəflər arasında məlumat mübadiləsini təmin edir. Bu isə sığorta xidmətlərinə əlçatanlığı artırır, proseslərin şəffaflığını təmin edir və bazarın effektivliyini yüksəldir.

Vüsal Qurbanov bildirib ki, AMB texnoloji yeniliklərin Azərbaycanda tətbiqi ilə maraqlanır və sığorta şirkətlərinin rolunu yüksək qiymətləndirir. İcbari Sığorta Bürosu AMB-nin dəstəyi ilə icbari sığorta sisteminin zəmanətçi funksiyasını yerinə yetirməklə yanaşı, sığorta xidmətlərinin rəqəmsallaşmasında mühüm işlər həyata keçirir. AMB bu əməkdaşlığın mərkəzində olmaqdan, rəqəmsal sığorta üzrə təcrübələri qardaş ölkələrlə bölüşməkdən və regionun InsurTech gələcəyini formalaşdırmaqdan qürur duyur. Bu tədbir isə praktik tərəfdaşlıqlar, ortaq layihələr və yeni ideyalar üçün imkanlar yaradacaq.

Report

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.