

Son zamanlar Disney CEO-ya qarşı aşağılayıcı açıqlamaları ilə gündəmdə olan Elon Musk sahibi olduğu X sosial media platformasında reklam gəlirləri baxımından pis xəbərlər alır.
BBN.az Bloomberg-ə əsasən xəbər verir ki, X sosial media platforması 2023-cü ildə reklamdan təxminən 2,5 milyard dollar gəlir əldə edəcək. Bu gəlir əvvəlki illərlə müqayisədə xeyli azalıb.
Bloomberg-ə verilən məlumata əsasən X ilin ilk üç rübünün hər birində 600 milyon dollardan bir qədər çox reklam gəliri gətirib. İlin son rübündə də analoji göstəricinin olacağı gözlənilir. Platforma 2022-ci ildə rüblük 1 milyard dollar gəlir əldə edib.
Şirkət 2022-ci ilin oktyabrında Musk tərəfindən alınmasından sonra ictimai maliyyə məlumatlarını təqdim etməyi dayandırıb. Benarroch “Biz artıq Twitter deyilik və özümüzü, həm gəlir, həm də istifadəçi göstəriciləri baxımından köhnə Twitter göstəriciləri ilə ölçmürük”, – deyə bildirib və həmçinin o, X-i çoxlu gəlir axını ilə inkişaf edən yeni qlobal biznes kimi təsvir edib.