Home » “Yapı Kredi Bank Azərbaycan” aztəminatlı ailələrə öz biznesini qurmaqda dəstək olur

“Yapı Kredi Bank Azərbaycan” aztəminatlı ailələrə öz biznesini qurmaqda dəstək olur

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədi ilə Yapı Kredi Bank Azərbaycan bir neçə şəxsin biznes ideasının reallaşdırılmasına dəstək verməyi qərara almışdır. 

Bank Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşularaq may ayından etibarən bir neçə aztəminatlı şəxsin öz işini qurması üçün bütün lazımlı avadanlıqlarla təmin edilməsinə dəstək verir.

Memorandumdan irəli gələrək Yapı Kredi Bank Bakı şəhərində və ətraf regionlarda yaşayan sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrə, həmçinin əlilliyi olan şəxslərə, şəhid ailələrinə və məcburi köçkünlərə iqtisadiyyatın müxtəlif sahələrində kiçik ailə bizneslərini qurmaq üçün dəstəkləyici tədbirlərin görülməsi istiqamətində işə başlamışdır. May ayından başlayaraq şəhid ailəsinin üzvü və aztəminatlı olmaqla 2 ailəyə müvafiq olaraq broyler və un məmulatları sexini yaratmaq üçün tələb olunan material, ləvazimat və digər gərəkli əmlakının alınması işinə başlamışdır.

  Eyni zamanda bank növbəti aylarda bu fəaliyyətini genişləndirərək daha bir neçə həssas qrup nümayəndəsinin özünməşğulluğuna dəstək vermək üçün işləri davam etdirir. Yaxın aylarda daha bir neçə ailənin kiçik biznes idealarının reallaşmasına töhvə verəcəkdir. 

 Yapı Kredi Bank Azərbaycan respublikamızda mikro, kiçik və orta sahibkarlığın inkişafına hər zaman dəstək göstərərək, bu sahəyə kredit verilməsini prioritet götürməklə yanaşı, korporativ sosial məsuliyyət proqramlarına da hər zaman böyük əhəmiyyət vermişdir. Proqramın iştirakçıları verilən dəstək gələcəkdə yeni iş yerlərinin yaradılması və sosial rifahın yüksəldilməsinə kömək edəcək. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.