Home » Rusiyada avtomobil satışlarında kəskin azalma müşahidə edilib

Rusiyada avtomobil satışlarında kəskin azalma müşahidə edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Koronavirus pandemiyasına yoluxanların sayına görə dünya sıralamasında ABŞ-dan sonra ikinci yerdə qərarlaşan Rusiya Federasiyasında aprel ayı ərzində cəmi 38 min 922 avtomobil satılıb. Bu isə, ötən ilin müvafiq dövrü ilə müqayisə edildikdə, 72.4%-lik rekord geriləmə deməkdir. Bu barədə, Avropa Biznes Assosiasiyası (AEB) məlumat yayıb.

Rusiya bazarının ən çox satılan avtomobillərindən olan “Lada” avtomobillərinin satışlarında da 70%-dən çox geriləmə müşahidə olunub. Belə ki, yerli brend olan “AvtoVAZ” avtomobillərinin aprel ayına olan satış göstəricisi ötən il (32 min 316) ilə müqayisədə 71% azalaraq 9 min 386 olub. İlk üçlüyü tamamlayan “Kia” brendinə məxsus avtomobilin satış göstəricisi 4 min 334, “Renault” isə 3 min 135 səviyyəsində qərarlaşıb.

Neft qiymətlərinin aşağı düşməsi ilə yerli valyuta olan rublun dollar qarşısında kəskin geriləməsi və koronavirus pandemiyasının sürətlə yayılması avtomobil bazarında rekord azalmanın əsas səbəblərindən hesab edilir. Məlumat üçün qeyd edək ki, mart ayında avtomobil satışları ötən ilin müvafiq ayı ilə müqayisədə 22.7% çox olub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.