Home » Yaşam sığortasında yığımlar 18%-dən çox artıb

Yaşam sığortasında yığımlar 18%-dən çox artıb

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda 2025-ci ilin yanvar–sentyabr aylarında yaşam sığortası üzrə toplanan sığorta haqlarının məbləği 545,4 milyon manat təşkil edib.

BBN.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına  istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% və ya 84,4 milyon manat artım deməkdir.

Son bir il ərzində bu sığorta növü üzrə ödənişlərin həcmi də əhəmiyyətli dərəcədə artıb – məbləğ 118,6 milyon manat və ya 33,2% yüksələrək 476,3 milyon manata çatıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–sentyabr aylarında yaşam sığortası üzrə yığımlar 461 milyon manat, ödənişlər isə 357,7 milyon manat olmuşdu.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.