Rusiyanın Əmək və Sosial Müdafiə Naziri Anton Kotkov bu barədə “RİA” xəbər agentliyinə müsahibəsində bildirib. Nazir bildirib ki, yoxsulluğun aradan qaldırılması ölkənin ən qabaqcıl prioritetlərindən olmalıdır. Nazir çıxış yolunun əhalinin gəlir səviyyəsini artırmaq üçün addımlar atmaqda gördüyünü vurğulayıb.
Rusiyanın rəsmi statistika qurumu “Rosstat”a görə, 2018-ci ilin əvvəlindən 2019-cu ilədək yoxsulluq göstəricisi yarım milyon artıb. Sonralar isə qərb dövlətlərinin sanksiyaları və neft qiymətlərinin azalması nəticəsində Rusiyada əhalinin real gəlirlərində azalma, istehlak qiymətləri indeksində isə artma müşahidə olunub. Bununla da, 2019-cu ilin ilk yarısında Rusiyanın yoxsul əhalisi 20.9 milyon nəfəri ötüb. Bu isə, ümumi əhalinin 14.3%-i deməkdir.