Home » “OPEC+” ölkələri gündəlik hasilatı artırmaq qərarına gəliblər

“OPEC+” ölkələri gündəlik hasilatı artırmaq qərarına gəliblər

by yunus
0 comments 0 views 1 minutes read

OPEC Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın qlobal bazar şərtlərini və perspektivlərini qiymətləndirmək üçün onlayn görüş keçirdiyini açıqlayıb.

BBN.az xəbər verir ki, görüşdə sözügedən ölkələr neft bazarında sabitliyi dəstəkləmək üçün ortaq öhdəliklərinə və 2023-cü ilin aprel ayında elan edilən gündəlik 1,65 milyon barel azaltmaya uyğun olaraq, iyul ayından etibarən istehsallarını gündə 188 min barel artırmaq qərarına gəliblər.

Bəyanatda həmçinin vurğulanıb ki, dəyişən bazar şərtlərindən asılı olaraq qərar dayandırıla və ya ləğv edilə bilər. Hər ay bazar şərtlərini, istehsal düzəlişlərini və kompensasiya proseslərini müntəzəm olaraq nəzərdən keçirən qrup növbəti iclasını 5 iyulda keçirəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.