Home » AMB investisiya şirkətləri üçün yeni kapital tələblərini təsdiqlədi

AMB investisiya şirkətləri üçün yeni kapital tələblərini təsdiqlədi

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya şirkətlərinin fəaliyyətinə dair yeni tənzimləyici çərçivəni təsdiqləyib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov müvafiq qərar imzalayıb. Qərara əsasən, “İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda” qüvvəyə minəcək.

Yeni qaydaya görə, investisiya şirkətlərinin məcmu kapitalı onların biznes strategiyasını dəstəkləməli, eyni zamanda daxili və xarici mühitdə baş verə biləcək mənfi dəyişikliklər zamanı maliyyə dayanıqlığını təmin etməlidir. Məcmu kapitala yalnız dəyəri pul vəsaiti ilə ödənilmiş maliyyə alətləri daxil ediləcək.

Bundan əlavə, investisiya şirkətlərinin nizamnamə kapitalı, o cümlədən xarici investisiya şirkətlərinin filialları üçün nəzərdə tutulan vəsaitlər yalnız Azərbaycanın milli valyutası ilə formalaşdırılmalıdır.

Qayda rəsmi dərc edildiyi tarixdən 6 ay sonra qüvvəyə minəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.