2


Bu gün Avropada keçirilən hərraclar zamanı qazın 1 000 kubmetrinin qiyməti 410 ABŞ dollarını keçib.
BBN.az xəbər verir ki, 20 may tarixində Niderlandın ən likvid virtual satış mərkəzi olan “Title Transfer Facility” (TTF) indeksi üzrə iyun ayı üçün təklif olunan fyuçerslərin qiyməti 410,9 ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki hesablama qiyməti olan 409,6 dollardan 0,3% yüksəkdir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən etibarən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.