2


“Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım müşahidə olunub.
BBN.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti ötən gün 3,79 ABŞ dolları və ya 5% artaraq 79,58 ABŞ dollarına yüksəlib. Müqayisə üçün qeyd edək ki, əvvəlki qiymət 75,79 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.