2024-cü ilin yanvar-fevral ayında Azərbaycanda sığorta yığımları 8,4% və ya 18,6 milyon manat artaraq 239,7 milyon manata yüksəlib.
BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Ötən ilin yanvar-fevral aylarında sığorta bazarı üzrə yığımların həcmi 221,06 milyon manat təşkil edib.
Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 38% və ya 26,9 milyon manat artaraq 97,4 milyon manata bərabər olub. 2023-ci ilin yanvar-fevral aylarında bu rəqəm 70,5 milyon manat təşkil edib.
Yığımlara nisbətən ödənişlərin dinamikasında daha çox artım sığorta bazarının zərərliliyini yüksəldib. Belə ki, 2023-ci ilin yanvar-fevral aylarında sığortaçılar topladıqları hər 100 manatın 32 manatını ödənişə yönləndirmişdilərsə, bu ilin ilk iki ayında bu rəqəm 42 manata kimi artıb.